23 
Iyl
2020
08:53
1028

Bu qocalmanın sürətini azaldır

Rusiyanın Sibir Federal Universitetinin alimləri bildirib ki, qarabaşaq pəhrizi orqanizmə müalicəvi təsir göstərir.

InterPress.ge REN TV-yə istinadən xəbər verir ki, mütəxəssislərin apardığı tədqiqatın nəticələri “Journal of Cereal Science” nəşrində dərc edilib.

Məqalədə qeyd olunub ki, qarabaşağın istifadəsi orqanizmdə “uzunömürlülük zülalı” hesab olunan SIRT1-in səviyyəsini artırır.

Alimlər qeyd edirlər ki, orqanizmdə SIRT1-in səviyyəsi qocalma sürətini azaldır, bədənin stresə qarşı müqavimətini artırır.

Bundan əlavə, qarabaşağın tərkibi fosfor, kükürd, yod, sink, titan, dəmir kimi mikroelementlərlə, A, E, PP, B qrup vitaminlərlə zəngindir.

Bizimlə əlaqə saxlayın