23 
Iyl
2020
08:14
1079

Alimlər əsrin sonunda 23 ölkənin əhalisinin yarısını itərəcəyini bildirirlər

XXI əsrin sonunda Yer kürəsinin əhalisi əhəmiyyətli dərəcədə azalacaq, amma bu həmçinin dünya nizamının dəyişikliyinə gətirib çıxaracaq.

InterPress.ge xəbər verir ki, bu barədə Almaniyanın məşhur “Die Zeit” qəzeti yazıb.

Məqalənin müəllifi Teo Zommer Sietldəki Vaşinqton Universitetinin tədqiqatına istinad edərək yazır ki, 2100-cü ilə 23 ölkə əhalinin yarısını itirəcək. Onların arasında Ukrayna, Yaponiya və İspaniya da var.

Alimlərin yeni proqnozlarına əsasən, dünya əhalisinin artması artıq yavaşıyıb və 2064-cü ildən insanların sayı azalmağa başlayacaq.

Güman edilir ki, 40 il sonra dünyada əhalinin sayı 9,73 milyard nəfər təşkil edəcək, əsrin sonunda bu rəqəm 8,79 milyarda qədər azalacaq

Əhalisinin 50 faizini itirəcək 23 ölkədən başqa daha 34 dövlət vətəndaşlarının 25-49 faizini itirəcək. Məsələn, Çində əhalinin 732 milyon insana – 4 faizə qədər azalması proqnozlaşdırılır.

Bundan başqa, ölkələrin əksəriyyətində əhalinin yaş strukturu dəyişəcək. İndi planetin hər bir onuncu sakini 65 yaşdan qocadır, 2050-ci ildə bu artıq hər altı nəfərdən biri olacaq. Qeyd edilir ki, 2100-cü ilə yaşlı insanların sayı 2,37 milyard nəfər təşkil edəcək.

Bu halda bəzi yerlərdə doğum sayı azalacaq. Bu məsələdə Afrika istisna təşkil edir. Onun əhalisi 4,3 milyarda qədər artacaq.

Zommerin sözlərinə görə, bütün bunlar insanları geosiyasi, iqtisadi və iqlim dəyişiklikləri haqqında düşünməyə məcbur etməlidir, çünki dünya nizamının dəyişməsi şübhəsizdir.

Bizimlə əlaqə saxlayın