22 
May
2020
09:55
1216

Milyarderin özəl təyyarəsinin interyeri görənləri heyrətə gətirir – FOTO

Rusiyalı oliqarx Roman Abramoviçin özəl təyyarəsinin interyeri görənləri heyrətə gətirir.

InterPress.ge xəbər verir ki, Fotoları “Daily Mail” paylaşıb.

Məlumata görə, “Millhouse” investisiya kompaniyasının və “Çelsi” futbol klubunun rəhbərinin ümumi dəyəri 400 milyon funt sterlinq (təxminən 1 milyard 558 miliyon 926 min GEL - red.) olan üç təyyarəsi var: “Boeing 737-700”, “Boeing 767-300” və “Boeing 767-33A ER”.

“Boeing 767-33A ER” oliqarxın ən sevimli təyyarəsidir. Onun hətta ləqəbi də var: “Bandit”.

Təyyarə dünyanın ən lüks özəl laynerlərindən biridir. Göyərtədə nəhəng çarpayısı olan yataq otağı, mətbəx, ofis və 30 nəfərlik banket zalı var. İnteryerin dizaynı üçün bahalı ağac növlərindən, parçalardan və qiymətli metallardan istifadə olunub.

Bundan başqa, hava gəmisində ABŞ Prezidenti Donald Trampın təyyarəsindəki kimi təhlükəsizlik sistemi quraşdırılıb. Bu, R.Abramoviçə 1,5 milyon funt sterlinqə (təxminən 5.8 milyon lari - red.) başa gəlib, təyyarənin ümumi dəyəri isə 250 milyon funt sterlinqdir (974 milyon 328 min GEL - red.).

Qeyd edək ki, Roman Abramoviç Böyük Britaniyanın ən zəngin 20 sakini siyahısında 12-ci yerdədir. Onun varidatı 10,16 milyard funt sterlinq (39.59 milyard lari- red.) həcmində qiymətləndirilir.

Bizimlə əlaqə saxlayın