21 
May
2020
09:13
2395

Qorxulu araşdırma: Uhanda yarasalarda koronavirusla bağlı aparılan araşdırma hərkəsi şoka saldı

Uhanda yerləşən tədqiqat institutunun virusoloqları yarasaların orqanizmində 1 500-ə qədər müxtəlif növ koronavirus aşkarlayıblar. Onların bir qismi gələcəkdə pandemiyaya səbəb ola bilər.

InterPress.ge-nin “Sputnik”ə istinadən məlumatına görə, bu barədə “The Big Picture Science podcast” məlumat yayıb.

Laboratoriyanın əməkdaşları yarasaları ovlayaraq, onların bioloji məlumatlarını toplayıblar. Heyvanların ağız suyu, qan və tullantılarından, ümumilikdə 15 000 nümunə analiz edilib. Araşdırma zamanı materialların 10 faizində “koronavirus kainatı” aşkarlanıb, onlar dondurularaq saxlanılıb.

Alimlər hələ özünü göstərməyən, lakin perspektivi olan bu virusları “saatlı bomba” adlandırıblar.

İndiyə qədər koronavirusun SARS (2003), MERS-CoV (2012–2015) və COVID-19 olmaqla üç növü pandemiyaya səbəb olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər