30 
Dek
2020
09:27
636

Bir neçə gündən sonra Günəş gözümüzdə daha böyük görünəcək

2 yanvarda Yerlə Günəş arasındakı məsafə il ərzində ən yaxın vəziyyətdə olacaq. Bu səbəbdən Günəş diskinin görünən diametri iyul ayına nisbətən təxminən 3 faiz daha böyük müşahidə ediləcək.

InterPress.ge-nin məlumatına görə, bu barədə Moskva Planetariumundan bildirilib:

"Yanvarın 2-də, şənbə günü Yer kürəsi Günəşə ən yaxın məsafədə olacaq və bu, 2021-ci ildə Günəşin ən böyük diskini müşahidə etməyimizə imkan verəcək. Onun görünən diametri maksimum olacaq, nəticədə səma cisminin diski 3 faiz daha böyük görünəcək”.

Həmin gün Yer ilə Günəş arasındakı məsafə təxminən 147 milyon km olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər