1 USD =3.325 GEL 1 EUR =3.984 GEL 1 AZN =1.956 GEL 1 TRY =0.427 GEL 1 RUB =4.37 GEL
05 
Noy
2020
07:51
373

Naməlum mənşəli radiosiqnalların mənbəyi tapılıb

Qalaktikamızda naməlum mənşəli radiosiqnalların mənbəyi tapılıb.

InterPress.ge məlumat verir ki, söhbət saniyənin bir hissəsini təşkil edən, lakin nəhəng enerji miqdarının emissiyası ilə müşayiət olunan mənşəyi bilinməyən radioşüalanma partlayışlarından (FRB) gedir.

Məlum olub ki, qalaktikamızda FRB-nin mənbəyi maqnetarlardır.

“EurekAlert!” bu barədə “Makgill” Universitetindən olan kanadalı tədqiqatçılara istinadən xəbər verib.

Qeyd edək ki, sürətli radioimpuls bir neçə millisaniyə davam edir və kosmosa çox miqdarda enerjinin sərbəst buraxılması ilə müşayiət olunur.

Maqnetarlar, yaxud maqnit ulduzlar - çox güclü maqnit sahəsinə malik olan neytron ulduzlardır.

Bizimlə əlaqə saxlayın



Digər "maraqlı" xəbərləri