1 USD =3.233 GEL 1 EUR =3.773 GEL 1 AZN =1.902 GEL 1 TRY =0.388 GEL 1 RUB =4.078 GEL
13 
Okt
2020
08:41
404

NASA-nın “2020 SO” asteroidi feyk çıxdı - FOTO

Noyabr ayında Yerin orbitinə daxil olacaq və NASA tərəfindən “2020 SO” adı verilən “asteroid” əslində 1966-cı ildə Aya göndərilən ABŞ raketinin qalığıdır.

“Associated Press”in məlumatına görə, bunu NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının Yer ətrafı Obyektlərin Tədqiqatı Mərkəzinin direktoru Pol Çodas bildirib.

Onun sözlərinə görə, əvvəllər asteroid hesab edilən kosmik obyekt “Surveyor-2” endiricisini Aya çatdırmalı olan “Centaur” blokunun bir hissəsidir. Cihaz mühərrikin sıradan çıxması səbəbi ilə eniş zamanı məhv olub, raket isə ayın yanından keçərək Günəşin orbitinə girib.

Qeyd edək ki, Yerə yaxınlaşan sirli obyekt ötən ay Havay teleskopu ilə aşkar edilib.

Raket bundan əvvəl 1984 və 2002-ci illərdə Yer kürəsinə səkkiz milyon kilometr məsafədə uçub, lakin uzaq məsafəyə görə qeydiyyata alınmayıb.

Çodas obyektin Yerin cazibə qüvvəsinə düşdükdən sonra dörd ay orbitdə qalacağını və gələn ilin mart ayında yenidən Günəş ətrafındakı orbitə girəcəyini təxmin edir.

Raketin Yerə düşəcəyi istisna edilir.

Bizimlə əlaqə saxlayın



Digər "maraqlı" xəbərləri