1 USD =3.079 GEL 1 EUR =3.624 GEL 1 AZN =1.811 GEL 1 TRY =0.421 GEL 1 RUB =4.211 GEL
17 
İyl
2020
15:45
902

Ölkəmizdə sorğu keçirildi - əhali ən çox hansı ölkələrə etibar edir?

Gürcüstanda rəyi soruşulanların 73%-i Azərbaycana etibar etdiklərini bildiriblər.

InterPress.ge xəbər verir ki, bu göstərici ABŞ-ın “Edison Research” şirkətinin apardığı sosial sorğunun nəticələrində əks olunub.

Gürcüstan vətəndaşlarının ən çox etibar etdiyi ölkələrin ilk üçlüyündə 93%-lə Ukrayna, 92%-lə ABŞ və 90%-lə Böyük Britaniya yer alıb.

Gürcüstan sakinləri arasında qonşu Türkiyə və Ermənistana etibar göstəricisi isə müvafiq olaraq 74% və 68% təşkil edir. Respondentlərin yalnız 28%-i Rusiyaya güvəndiyini bildirib, 72%-i isə əks fikirdə olub.

Gürcüstan vətəndaşlarının Avropa İttifaqı və NATO-ya inam göstəricisi hər iki halda 92%-ə bərabər olub.

Qeyd edək ki, sorğu Gürcüstanın “Formula” teleşirkətinin sifarişi ilə iyunun 23-dən iyulun 13-dək keçirilib. Sorğuda Abxaziya və Tsxinvali bölgələri istisna olmaqla, bütün ölkə üzrə 2 101 nəfərin rəyi öyrənilib.(report)

Bizimlə əlaqə saxlayın



Digər "maraqlı" xəbərləri