03 
Mar
2020
18:49
4391

Polis gürcüstanlı oğru dünyasının iki üzvünü saxladı - VİDEO

Kiyev polisi Gürcüstandan olan iki kriminal avtoritet Koba Rustavski (Koba Şermazaşvili) və Kaxa Tbilissky (Kaxaber Oraqvelidze) saxlayıb.

Bu haqda InterPress.ge Ukrayna mətbuatına istinadən xəbər verir.

Ukrayna polisinin verdiyi məlumata görə, Koba Rustavski "cinayət dünyasına nəzarəti bərpa etmək" üçün Kiyevə gəlib. O, İspaniyada cinayətə görə, ömürlük həbs cəzasına məhkum edilirmiş və 2016-cı ildən İnterpol tərəfindən axtarılırmış.

Sözü gedən şəxs Kiyevin Darnitsky rayonunda saxlanılıb. Onun İspaniyaya ekstradisiyası proseduru artıq başlanılıb.

Məlumata görə, son bir il ərzində Koba Rustavski Kiyevin fərdi evlərindən birində gizlənib. Evdə axtarış zamanı silah və döyüş sursatları, həmçinin saxta sənədlər üçün blanklar tapılıb.

İkinci təqsirləndirilən şəxsə gəlincə, o, Rumıniya sərhəddinə yaxın olan Çernoviçi bölgəsində polis orqanları tərəfindən saxlanılıb. Polis əməkdaşları onu inzibati protokol tərtib edərək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müvəqqəti saxlama yerinə yerləşdiriblər.

Bizimlə əlaqə saxlayın