25 
Fev
2020
11:18
2693

Gürcüstanda ağır qətl hadisəsi baş verib - Gənc anasını və nənəsini yatdığı yerdə balta ilə öldürdü

Ötən gecə Tbilisidə 19 yaşlı M.Z ağır qətl hadisəsi törədib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, həmin şəxs keçmişdə baş verən münaqişə zəminində 1946-cı il təvəllüdlü Z.D nənəsini və 1974-cü il təvəllüdlü T.Z anasını yatmış vəziyyətdə balta ilə öldürüb.

Gənc “isti izlər”lə saxlanılıb. Cinayətdə istifadə olunan balta maddi sübut kimi müsadirə olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda iki və ya daha çox şəxsin qətlə yetirilməsi maddəsi üzrə istintaq aparılır. Gənci 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.(report)

Bizimlə əlaqə saxlayın