18 
Fev
2020
12:27
3476

Qardabanidə taksi sürücüsünü öldürüb yandıran şəxs saxlanıldı - VİDEO

Gürcüstanda Qardabani rayonunun Qaracalar kəndində ötən gün taksi sürücüsünü qətlə yetirən 23 yaşlı şəxs saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs 1956-cı il təvəllüdlü taksi sürücüsünü öldürüb, sonra avtomobili yandırıb və hadisə yerindən qaçıb.

Saxlanılan şəxs əvvəllər oğurluğa görə məhkum olunub. O, hadisədən bir neçə saat sonra yaxalanıb.

Faktla bağlı istintaq qəsdən adamöldürmə maddəsi üzrə aparılır. Cinayəti törədən şəxsi 7 ildən 15 ilədəkhəbs cəzası gözləyir.(report)

Bizimlə əlaqə saxlayın