21 
Avq
2020
10:05
6393

"Lotu Quli" qətlə yetirilən kimi dostuna gələn şok mesaj

20 avqustda, Antalyada qətlə yetirilən Loti Qulinin öldürülməsindən dərhal sonra onun yanında olan tərəfdarı Polad Omarova gələn mesaj şok effekti verib.

InterPress.ge xəbər verir ki, Quli güllələnəndən dərhal sonra Polad Omarova naməlum nömrədən bu məzmunda mesaj gəlib:

“Böyük qardaşınızın axırı budur, sizi də bu aqibət gözləyir”.

Qeyd edək ki, qətli Lotu Qulinin öz mühafizəçisi Xaqan Zeynalov icra edib. Onun qətl üçün Rövşən Lənkəranskinin qohumu Zaur Əhmədovdan sifariş aldığı və qətli 4 milyon dollara icra etdiyi bildirilir.

Hadisə baş verəndə Lotu Quli tanışları ilə qumar oynayırmış. Qumar masası arxasında Odessa Nazir, Qulinin yaxınları Samir İsmayılov, Polad Omarov, Tarzan Nazarov, Maqamed Kurbanov olub.

Bizimlə əlaqə saxlayın