29 
Iyl
2020
17:56
2954

Gürcüstanda iki kriminal avtoritet həbs olundu - VİDEO

Polis oğru aləminə üzvü olma ittihamı ilə əkeçmişdə məhbus olmuş 2 kriminal avtoriteti həbs etdi.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

DİN-dən verilən məlumata görə, onlar oğru aləminə üzv olma, odlu silahı və narkotik vasitələrini qanunsuz alıb saxlama faktı üzrə ittiham edilirlər.

Məlumatına görə, həbs edilənlərdən biri xaricdə yaşayan qanuni oğrunun qardaşıdır.

İstintaqla təsdiq olunub ki, kriminal avtoritetlər və oğru aləminin üzvləri qanuni oğruların tapşırığını yerinə yetiriblər. Onlar hədə qorxu gəlməklə vətəndaşlardan və sahibkarlardan pul götürürlərmiş.

Polis saxlanılanlardan birinin evində axtarış apararkən dəlil olaraq Makarov sistemli odlu silahı və 8 ədəd döyüş vasitəsini eləcədə şəxsi axtarış zamanı narkotik vasitə götürüblər.

Faktla bağlı istintaq başlanılıb.

Cinayət 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın