Gürcüstanda bədbəxt hadisə: Sərxoş polis anasının gözü qabağında azyaşlını avtomobillə vuraraq öldürdü - FOTO
Alkoqollu sərxoş vəziyyətdə Duşetinin rayon polis şöbəsinin müfəttiş-müstəntiqi bir azyaşlını öldürdü.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Prokurorluğu məlumat yayıb.
Məlumata görə, hadisə iyulun 26-da axşam Duşeti bələdiyyəsinin Aragvispiri kəndi yaxınlığında (Mtsxeta-Mtianeti bölgəsi) baş verib.
İstintaq müəyyən edib ki,hadisəni törədən polis avtomobili ilə Stepantsminda (Kazbegi bələdiyyəsi) istiqamətində sürərkən sərxoş olub. Aragvispiridə müfəttiş-müstəntiq azyaşlı piyada L.Z-nı vurub. Yaralanan xəstəxanaya çatdırıldıqdan qısa müddət sonra həyatını itirib.
Mtavari kanalının məlumatına görə, yeniyetmə 16 yaşında idi, o Aragvispiri kənd sakinidir. Anası qəzanın şahidi olub. Qadının oğlu yoldan keçəndə oğlunu yolun kənarında gözləyirmiş.
Yetkinlik yaşına çatmayan şəxsi vuran polis əməkdaşı saxlanılıb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 7-ci başlanılıb. Prokurorluqda qeyd olunduğu kimi, bütün zəruri istintaq və prosessual aparılır.