25 
May
2020
12:25
1147

Atasını öldürən şəxs saxlanıldı - VİDEO

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları Kutaisi şəhərində 31 yaşlı kişi atasının qətlində ittiham edilərək saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaq müəyyən edilib ki, təqsirləndirilən şəxs, mayın 24-də, sərxoş vəziyyətdə, öz evinin yaxınlığında mübahisə zamanı atasına soyuq silahla bir neçə zərbə vurub. Yaralanan şəxs aldığı yaralar nəticəsində xəstəxanada həyatını itirib.

Təqsirləndirilən şəxs hadisədən bir neçə saat sonra saxlanılıb.

Faktla bağlı istintaq başlanılıb.hadisəni törədən şəxsi, 13 ildən 17 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın