02 
Fev
2020
12:36
1682

Bolnisidə yerli azərbaycanlını qətlə yetirən şəxs saxlanılıb - VİDEO

Ötən gün Gürcüstanın Bolnisi rayonunun Samtsevrisi (Şəmşoy) kəndində 70 yaşlı Feyzi Əhmədovu qətlə yetirən şəxs saxlanılıb.

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyiməlumat yayıb.

İstintaqla müəyyən olunub ki, hadisəni törədən həmin kəndin 57 yaşlı sakini N.B-dir. O, F.Əhmədovu qısqanclıq zəminində qətlə yetirib.

Hadisədən qısa müddət sonra saxlanılan şəxs təqsirini etiraf edib. Polis cinayətin törədildiyi bıçağı müsadirə edib.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi üzrə istintaq aparılır. Qətli törədən şəxsi 7ildən 15 ilədək həbs cəzası gözləyir. (report)

Bizimlə əlaqə saxlayın