15 
May
2020
18:01
2585

Gürcüstanda bir şəxsin evində xeyli sayıda silah-sursat tapılıb - VİDEO

Gürcüstanın İmereti bölgəsində polisi qanunsuz olaraq odlu silah əldə etmək və saxlamaq ittihamı ilə 42 yaşlı kişini saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə, Çiatura rayonunun Usaxelo kəndində baş verib.

Saxlanılan şəxsə məxsus axtarışlar zamanı polis müxtəlif növ qeydiyyata alınmayan silahları tapdı: iki Kalaşnikov, 6 müxtəlif növ qumbara, səkkiz patron, 900 ədəd güllə, üç tapança, Gecko tüfəngi, ov tüfəngi və 30 metr hörmə.

İstintaq "silah-sursatın qanunsuz alınması, saxlanması, daşınması, istehsalı, göndərilməsi və ya satılması" maddəsi ilə aparılır. Təqsirləndirilən şəxs üç ildən altı ilə qədər həbs cəzası ilə üzləşir.

Bizimlə əlaqə saxlayın