01 
Fev
2020
13:38
1791

Bolnisidə yerli azərbaycanlı qətlə yetirilib

Gürcüstanın Bolnisi rayonunun Samtsevrisi kənd sakini Feyzi Əhmədov qətlə yetirilib.

InterPress.ge Report-a istinadən xəbər verir ki, hadisə ötən axşam baş verib.

F.Əhmədov gecə saatlarında evə gəlmədiyindən yaxınları onu axtarmağa başlayıblar və polisə xəbər veriblər. Bir neçə saatdan sonra onun meyiti kəndin kənarında aşkar olunub.

F.Əhmədovun döş nahiyəsinə bıçaqla bir neçə dəfə xəsarət yetirildiyi müəyyən olunub.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər