30 
Yan
2020
12:28
1667

Gürcüstanda beynəlxalq cinayətkar dəstənin üzvləri saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzi Ukrayna Təhülkəsizlik Xidməti ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində 6 Gürcüstan və 1 Ukrayna vətəndaşından ibarət beynəlxalq cinayətkar qruplaşmanın üzvləri saxlanılıb.

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan DTX-nın mətbuat xidmətinin rəhbəri İrakli Çimakadze məlumat verib. O bildirib ki, bir neçə ay davam edən operativ əməliyyat və istintaq tədbirlərindən sonra Gürcüstan və Ukraynada eyni vaxtda hətaya keçirilən əməliyyat zamanı cinayətkar dəstənin 6 üzvü Tbilisi və Batumidə, 1 üzvü isə Xarkov şəhərində saxlanılıb. Saxlanılan şəxslərin 2 Gürcüstan vətəndaşının qətlini planlaşdırdığı məlum olub.

Dəstə üzvləri silahlı insidentlərdə iştirak, qəsdən adam öldürməyə cəhd, odlu silahların və partlayıcı qurğuların istehsalı, saxlanılması və satışında ittiham olunurlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər