21 
Apr
2020
20:51
3222

Gürcüstanda dəhşətli cinayət: Oğul atasını öldürüb - VİDEO

Gürcüstanın qərbində polis əməkdaşları atasını öldürən şəxsi saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qətl Pasxa günü (Ağdgom) qeyd olunan gün 19 apreldə baş verib. Saçxer Bələdiyyəsinin Bahioti kəndində təqsirləndirilən şəxs atasını balta ilə vurub və 79 yaşlı kişi yerindəcə həyatını itirib. Bildirilir ki, oğul və ata arasında mübahisə yaşanıb.

Faktla bağlı İstintaq gedir. Cinayətkarı 13 ildən 17 ilə qədər həbs cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın