14 
Apr
2020
14:28
1249

Laqadexidə əmisini balta ilə öldürən şəxs saxlanıldı - VİDEO

Kaxeti bölgəsinin sakini (Şərqi Gürcüstan) əmisini öldürmək ittihamı ilə tutulub.

"InterPress.ge" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında bildirilib.

Hadisə bir gün əvvəl Laqodeki rayonunun Zemo Msxalgori kəndində baş verib.

Məlumata görə, 40 yaşlı kişi 65 yaşlı kişiyə balta ilə ölümcül xəsarət yetirib. Xəsarət alan adam hadisə yerindəcə dünyasını dəyişib. Cinayətkar artıq saxlanılıb.

Yerli sakinlərin dediyinə görə, təqsirləndirilən və öldürülən şəxs eyni evdə yaşayırdılar. Qardaşı oğlu əmisinin ölümü ilə bağlı qonşulara məlumat verib və onlardan kömək istəyib. Qətli nə səbəbdən olduğu hələ məlum deyil.

İstintaq "qəsdən adam öldürmə" maddəsi ilə aparılır. Saxlanılan şəxsi 7 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər