15 
Yan
2021
13:54
495

Polis Tbilisidə qəsdən adam öldürmə faktı ilə əlaqədar bir nəfəri saxladı

Polis Tbilisidə qətl hadisəsi ilə bağlı bir nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, 1978-ci il təvəllüdlü K.Ş., qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.

“İstintaq sərxoş vəziyyətdə olan təqsirləndirilənin Tbilisi dənizi yaxınlığındakı yaşayış vaqonlarından birində, mübahisə zamanı 1982-ci il təvəllüdlü Q.S-ya soyuq silahdan istifadə edərək xəsarət yetirdiyini və gizlədiyini müəyyənləşdirdi. Yaralı hadisə yerindəcə ölüb.

Qanun icraçıları cinayət silahını - bıçağı sübut kimi götürdülər va hadisədən bir neçə saat sonra cinayətkarı saxladılar.

Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyi nəzərdə tutan 108-ci maddəsi istintaq aparılır.

Cinayət ən çox 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur", - deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın