1 USD =3.312 GEL 1 EUR =4.03 GEL 1 AZN =1.948 GEL 1 TRY =0.426 GEL 1 RUB =4.455 GEL
06 
Noy
2020
10:17
348

DİN Kaxetidə altı kiloqramdan çox eroin ələ keçirdi - VİDEO

Siğnaği Bələdiyyəsinin Vakiri kəndində 1985-ci il təvəllüdlü A.K. çox miqdarda narkotik maddənin qanunsuz alqı-satqısı ittihamı ilə həbs olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal İdarəsində məlumat verilib.

İdarənin verdiyi məlumata görə, saxlanılan şəxsin avtomobilinə baxış keçirilərkən, hüquq-mühafizə orqanları altı kilo 500 qram eroin götürüblər.

"Çox miqdarda narkotik maddənin qanunsuz alqı-satqısı ilə əlaqədar istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin A bəndinə əsasən aparılır. Cinayət 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur", - deyilir DİN-in məlumatında.

Bizimlə əlaqə saxlayın



Digər "kriminal " xəbərləri