1 USD =3.212 GEL 1 EUR =3.776 GEL 1 AZN =1.891 GEL 1 TRY =0.407 GEL 1 RUB =4.133 GEL
19 
Sen
2020
14:48
1106

Xüsusi əməliyyat: Narkotik satan şəxs saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyinin İmereti, Raca Leçxumi və Aşağı Svaneti polis departamentinin dedektiv bölməsinin Çiatura rayon bölməsinin və xüsusi tapşırıqlar departamentinin İmereti bölməsinin əməkdaşları birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü, keçmişdə məhkum olmuş şəxsi Çiaturada həbs ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, o, narkotik vasitələrinin qanunsuz alıb saxlama və satma ilə ittiham edilir.

Bildirilir ki, polis orqanları hakimin qərarı əsasında bir neçə dəfə müttəhimdən nəzarətli narkotik vasitəsi satın alıblar və proses gizlin audio /videoya çəkilib.

Polis ittiham edilən şəxsdən satın aldıqları Buprenorfin əvəzləyisi 2 həb suboksin 2 həb qırıntısı və tozu dəlil olaraq götürüblər.

Faktla bağlı istintaq Gürcüstan cinayət Məcəlləsinin 260-cı maddəsinin birinci və dördüncü hissəsi ilə aparılır.

Cinayət 6 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər "kriminal " xəbərləri