1 USD =3.212 GEL 1 EUR =3.776 GEL 1 AZN =1.891 GEL 1 TRY =0.407 GEL 1 RUB =4.133 GEL
08 
Sen
2020
09:37
432

Soydaşlarımızın yaşadığı Laqodexi kəndində bıçaqlanma hadisəsi baş verib

Laqodexinin Uzuntala kəndində bıçaqlanma hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, hadis dünən gecə saatlarında baş verib.

Şahidlərin InterPress.ge-yə verdiyi məlumata görə, bıçaqlanan şəxs sərxoş olub.

"Qonşu kənddən Uzuntala kəndinə avtomobili ilə toy mərasiminə gələn gənc, avtomobilini toy sahibinin qonşusunun evinin qarşısında saxlayıb. Bu zaman evinin qarşısında avtomobili görən şəxs avtomobili evin qarşısından çəkməsini istəyib, daha sonra avtomobil sahibi avtomobili çəkərkən ev sahibi həmin şəxsə fiziki müqavmət göstərib. Fiziki müqavimət göstərən zaman avtomobil sahibinin qohumu mübahisəyə daxil olub və mübahisə dahada qızışıb, daha sonra gəncin qohumu tərəfindən ev sahibi bıçaqlanıb", - deyə kənd sakinləri bildirilər.

Əldə olunan məlumata görə, bıçaqlanan şəxsin vəziyyəti ağırdır. Bıçaqlayan şəxs isə artıq saxlanılıb.

Faktla bağlı istintaq başlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər "kriminal " xəbərləri