1 USD =3.212 GEL 1 EUR =3.776 GEL 1 AZN =1.891 GEL 1 TRY =0.407 GEL 1 RUB =4.133 GEL
29 
Avq
2020
09:25
3459

Qulinin ad günü: yaxınları qisas andı içdi - VİDEO

28 avqust azərbaycanlı qanuni oğru, avqustun 19-dan 20-nə keçən gecə Antalyada qətlə yetirilən Lotu Qulinin 48 yaşı tamam olub.

InterPress.ge musavat-a istinadən xəbər verir ki, ölümündən bəri hər gün onun məzarını ziyarət edən ailə üzvləri və yaxınları bu gün də onun məzarı başına toplaşıblar. Bildirilir ki, Qulinin ən yaxın adamları onun qanını yerdə qoymayacaqları barədə and içiblər ki, bu da gözlənilən idi.

Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulmuşdu. N.Səlifov sovet vətəndaşı pasportu ilə 1995-ci ildə həbsxanaya düşüb, 22 il sonra – 2017-ci ilin oktyabrında azadlığa buraxılmışdı.

2017-ci ilin avqustunda Quli üçün uzun illərdən sonra azadlıqda - İstanbulda böyük mərasim təşkil olunmuşdu.

Qulinin sonuncu ad günü də xeyli səs-küylü ərəfəyə təsadüf etmişdi. Çünki 2019-cu ilin avqustun sonunda baş vermiş bir hadisə də indi Qulinin qətlinin versiyası sırasındadır. Məsələ ondadır ki, Quli ilə yaxınlaşan qanuni oğru Quram Çixladzenin Lənkəranskinin adamları ilə yaxınlığı üzə çıxmışdı. Quli isə iddialara görə, Quramın Lənkəranski klanı ilə internetdə üzə çıxan şəklini gördükdən sonra onu şillələdib, sonra da ondan uzaq durmasını istəyib.

Bu işi isə “Vəhşi Arman” ləqəbi ilə tanınan qazaxıstanlı frayer Arman Cumagəldiyev edib. Qanuni oğrunun vurulması, həm də bu hadisənin Quli kimi nüfuzlu qanuni oğrunun iştirakı ilə gerçəkləşməsi kriminal aləmdə böyük rezonans doğurmuşdu. Quli ilə insidentdən sonra Şakro Molodoy və daha bir nüfuzlu qanuni oğru Badri Koquaşvili Quramın müdafiəsinə qalxmışdı. Şakro hətta bəyan etmişdi ki, Qurama vurulan zərbəni özünə vurulmuş hesab edir.

Quli bu söz-söhbətin fonunda - sentyabrın 5-də özünə sonuncu dəfə ad günü etdi. 47 yaşlı azərbaycanlı qanuni oğrunun ad gününə kriminal aləmin cəzalandırılacağını gözlədiyi “Vəhşi Arman”ın məclis üçün hazırlatdığı tort damğasını vurdu. Tortda Orta Asiya və Cənubi Qafqaz ölkələrinin bayraqları olub. Bu isə həmin ölkələrin qanuni oğrularının Quliyə dəstəyi kimi izah edilirdi.

Məlumata görə, Quli qazax əsilli avtoritet vasitəsilə Qazaxıstanın yeraltı dünyasına nəzarət etməyə çalışırdı. Bildirilirdi ki, Qazaxıstanda kriminal aləm bir mərkəzdən idarə olunmur. Quli isə bu boşluğu Arman Cumagəldiyevlə doldurmaq istəyirdi. Buradan isə Mərkəzi Asiyanın digər ölkələrinə nüfuz etməyi planlaşdırırdı.

İddia olunurdu ki, Qulinin rəqibləri də Qazaxıstanı ələ keçirmək istəyirdilər və Arman Cumagəldiyevlə yaxınlığı bu səbəbdən istəmirdirlər.

Armanın əvvəllər tez-tez Türkiyədə olduğu bildirilirdi. Qulidən sonra isə onun da həyatının ciddi təhlükə altında olduğu deyilir.

Bizimlə əlaqə saxlayın



Digər "kriminal " xəbərləri