1 USD =3.224 GEL 1 EUR =3.809 GEL 1 AZN =1.897 GEL 1 TRY =0.396 GEL 1 RUB =4.214 GEL
27 
Avq
2020
11:01
2223

Marneuli polisi yüksək miqdarda narkotik maddə ələ keçirdi - Saxlanılan var - VİDEO

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Şöbəsinin Marneuli rayon şöbəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində 1964-cü il təvəllüdlü N.M-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayır.

Məlumata görə, o, külli miqdarda narkotik maddələrin qanunsuz alınması və saxlanması ittihamı ilə həbs edilib.

"Hüquq mühafizəçiləri N.M-ni həbs etdilər. O, Tetritskaro bələdiyyəsinin ərazisində, Marneuli-Tbilisi yolunda, idarəsi altındakı mikroavtobusla gedərkən dayandırıldı. Mikroavtobusda və N.M-nın evində aparılan axtarış nəticəsində polis sübut kimi 2 kiloqrama yaxın "heroin" olan narkotik maddə ələ keçirib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin "a" yarımbəndinə əsasən, külli miqdarda narkotik maddənin qanunsuz alınması və saxlanması faktı üzrə istintaq davam etdirilir", - deyə DİN tərəfindən yayılan məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər "kriminal " xəbərləri