05 
Dek
2020
13:22
918

Nazir uçuşlarla bağlı danışdı

“Aviaşirkət Wizzair Gürcüstandakı bazalarının geri qaytarılması haqqında danışır”.

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava Gürcüstanın Birinci Kanalına bildirib.

Onun sözlərinə görə, bir çox aviaşirkət yazda uçuşlarını bərpa etməyə hazırlaşır.

“Uçuşları mərhələlərlə açırıq, ancaq epidemiya bu vəziyyətdə düzəlişlər edəcək, bəzi ölkələr Gürcüstandan çıxan sərnişinlər üçün karantin tətbiq etdilər. Sizə demək istəyirəm ki, hava yolları ilə çox fəal şəkildə danışırıq. Dünyada və Gürcüstanda peyvənd mərhələsi çox yaxın bir zamanda başlayacağından, bir çox aviaşirkət yazda uçuşlarını bərpa etməyə hazırlaşır, o cümlədən indi Gürcüstanda öz bazalarının geri qaytarılmasından danışan Wizzair",- dedi Turnava.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər