04 
Dek
2020
15:54
604

Turnava: “Bu həftə Gürcüstan başqa bir beynəlxalq reytinqdə ən yaxşı ölkələrdən biri seçildi"

“Bu həftə Gürcüstan başqa bir beynəlxalq reytinqdə ən yaxşı ölkələrdən biri seçildi - qlobal davamlı rəqabət qabiliyyətinin beynəlxalq reytinqində ölkəmiz dünyanın 40 ölkəsi arasında 37-ci yerdədir”.

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava bildirib.

İndeksə görə, Gürcüstan tarixi bala (51.2) çatdı və yeddi illik reytinqin yaxşılaşdırılmasına görə dünyada birinci yerdədir.

"Reytinq komplekslidir və bir sıra parametrləri əhatə edir. Gürcüstanın hökumətin səmərəliliyi kimi kriteriyalarda tarixən yüksək bal toplaması xüsusilə sevindiricidir. Dünyanın ən yaxşı 40 ölkəsi arasındayıq və bir çox inkişaf etmiş ölkələri qapaqlayırıq",- dedi Natia Turnava.

Gürcüstan Çin, Sinqapur, Avstraliya, İsrail, Yunanıstan, Malta, Çili, Kipr vs. kimi lider iqtisadiyyatları qabaqlayır. Reytinqdə Gürcüstan bütün qonşu ölkələri qabaqlayır və postsovet məkanında yalnız Baltikyanı ölkələrdən geri qalır.

Qeyd etmək lazımdır ki, 2012-ci illə müqayisədə Gürcüstan reytinq mövqeyini yaxşılaşdırmaq baxımından dünyada birinci yerdədir.

Bizimlə əlaqə saxlayın