02 
Dek
2020
16:12
1326

Çörək Bişirənlər Asosiasiyasının sədri: "Çörəyin qiyməti bahalanmayacaq, çünki..."

“Çörəyin qiyməti artmayacaq, çünki dövlət subsidiyaları həyata keçiriləcək”.

InterPress.ge xəbər verir ki, bu barədə Çörək Bişirənlər Asosiasiyasının sədri Malxaz Dolidze bəyan edir.

Media ilə söhbət zamanı o qeyd etdi ki, subsidiyaların olmadığı halda, çörəyin qiyməti 15-20 tetri ilə bahalana bilərdi.

“Vəziyyət ağırdır, larinin vəziyyəti və qlobal bazarlarda taxıl və un qiymətinin artması çörəyin qiymətində də əks olunur.

Qeyd etmək istəyirəm ki, çörəyin qiyməti artmayacaq, çünki subsidiyalar həyata keçirilir, əgər subsidiyalar olmasaydı, çörəyin qiyməti 15-20 tetri artacaqdı.

İndi deyim subsidiyalara kimlər qoşulur. Məlum olduğu kimi, Gürcüstanda 2 500-dən artıq çörək istehsalçısı var, onların arasında idvidual istesalçılar və səhmdar cəmiyyətləri və MMC-lər də var. Ancaq əsas olaraq, bir ton un xərcləyən müəssilərər götürülüblər, çünki 10 milyonluq subsidiyalar ayrılıb və bu məbləğ tender qaydası ilə un təminatını həyata keçirən şirkətə veriləcək”.

Malxaz Dolidzenin dediiynə görə, komersiyal abunəçilər üçün qaz tariflərinin artmasına baxmayaraq, çörək bişirənlərə qaz tarifin bahalnamsının da aidiyyatı olmayacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər