02 
Dek
2020
10:12
365

Nazir parlamentə təqdim edilən 2021-ci ilin büdcəsinin iki əsas istiqamətini açıqladı

“Parlamentə təqdim edilən 2021-ci ilin büdcəsi iki əsas istiqaməti – vətəndaşlara və iqtisadiyyata qayğıyı nəzərdə tutur, hansı ki, post-pandemiya dövründə bunlar çox aktual olacaq”.

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Natia Turnava deyib.

Nazirin dediyinə görə, 1400 000 000 larilik anti-böhran büdcəsi ilə, pandemiya üçün gərəkən xərclərə baxmayaraq, iqtidar əsas öhdəliklərini və vədlərini yerinə yetirə bilir.

“Müəllimlərin maaşları artır, pensiyaların indeksasiya mexanizmi qoşulur və pensiya artır. Həmçinin, istehsalçılar və kiçik biznes üçün də yardım nəzərdə tutulur.

Sadəcə bizim nazirliyimiz çərçivəsində, “Gürcüstanda istehsal et” və digər proqramlar üçün 150 milyon laridən artıq məbləğ ayrılıb.

Bu büdcə ölkəmizin iqtisadi bərpasını və insanlara verilən zərərin azalmasını nəzərdə tutur” – dedi nazir.

Bizimlə əlaqə saxlayın