01 
Dek
2020
20:56
3073

Bu müəllimlərin maaşları artırılacaq

Müəllimlərin əmək haqqı mükafatı 2021-ci ilin yanvar ayından 100 lari artacaq.

InterPress.ge xəbər verir ki, bununla bağlı Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Ekaterine Dqebuadze açıqlam verib.

“İqtisadi çətinliklərə baxmayaraq, mövcud pandemiyada Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin əsas prioriteti vətəndaşlarımızın rifahına qayğı göstərmək və keyfiyyətli təhsillə təmin etməkdir. Buna görə, Gürcüstan Hökumətinin təhsil və elmi əsas prioritet elan etmək və illik büdcəni artırmaq qərarı qüvvədə qalır.

2021-ci ilin büdcəsində artıq nəzərə alınıb ki, gələn ilin yanvar ayından tam cədvəl ilə işləyən aparıcı və mentor müəllimlərin maaş mükafatı 100 lari ilə artacaq.

Proporsiyonal hesablama ilə, tam cədvəl ilə işləməyənlərin də maş mükafatı artacaq”, – dedi Ekaterine Dgebuadze.

Bizimlə əlaqə saxlayın