1 USD =3.227 GEL 1 EUR =3.827 GEL 1 AZN =1.899 GEL 1 TRY =0.412 GEL 1 RUB =4.187 GEL
05 
Okt
2020
12:48
2209

Larinin güclənməsi və yanacaqla bağlı xoş açıqlama

"Son bir neçə gündə milli valyuta lari dollar qarşısında əhəmiyyətli dərəcədə möhkəmlənir ki, bu da gözləntiləri artırır və ölkədəki sosial-iqtisadi sabitlik üçün vacib amildir".

InterPress.ge xəbər verir ki, bu barədə Neft İthalatçıları Birliyinin açıqlamasında qeyd olunur.

Neft İthalatçıları Birliyindən bildirilir ki, lari məzənnəsinin möhkəmlənməsinin davam edəcəyinə və mövcud yanacaq qiymətlərinin sabit qalacağına ümid edirlər.

Onların fikrincə, Gürcüstanda yanacağın qiyməti iki əsas amildən asılıdır: S&P Global Platt’s-a əsasən neft məhsullarının beynəlxalq qiyməti; Dollara qarşı lari məzənnəsində dəyişkən olmasıdır.

“Son vaxtlar yanacağın qiymətinə əsasən larinin dollara qarşı məzənnəsi təsir edir.

Son günlərdə larinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini nəzərə alaraq (təqribən 13 tetri), mövcud yanacaq qiymətlərinin sabit qalacağını və təbii ki, larinin ucuzlaşmağa başlamadığı müddətdə artmayacağını söyləmək olar", - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın