03 
Okt
2020
21:11
1295

25 ton kartof geri qaytarıldı - SƏBƏB?

"25 000 kiloqram xəstə kartof ixracatçı ölkəyə qaytarılacaq".

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin Gəlir Xidməti yayır.

Qurumdan verilən açıqlamaya görə, 25 min kiloqram kartof yüklənmiş nəqliyyat vasitəsi Türkiyə Respublikasından "Sarpi" keçid məntəqəsindən ölkəyə daxil olub.

"Gömrük İdarəsinin Sanitariya, Fitosanitariya və Baytarlıq Nəzarəti şöbəsinin işçiləri, fitosanitar prosedurların həyata keçirilməsi zamanı tədqiqat üçün götürülmüş nümunədə kartof xərçəngi (Synchytrium endobioticum) aşkar edilib.

Gürcüstan Hökumətinin N463 saylı qərarına əsasən, xəstə mallar ixracatçı ölkəyə qaytarılacaq" - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın