19 
Sen
2020
13:26
2071

Gürcüstana ən çox bu ölkələrdən pomidor və xiyar daxil olur

Cari ilin Yanvar - İyul aylarında ölkəyə 1.812 milyon dollar dəyərində xiyar və 4.092 milyon dollar pomidor daxil olub.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidmətindən verilən məlumatda qeyd olunur.

Məlumata görə, pomidorun idxalçı ölkəsi kimi Türkiyə liderlik edir. Türkiyədən Gürcüstana 4 069 600 dollar dəyərində pomidor idxal edilib. Ondan sonra 18 200 dollarla İran və 3000 dollarla Azərbaycan gəlir. 4-cü yeri isə Niderland tutur. Niderlanddan 1400 dollar dəyərində pomidor idxal edilib.

Xiyara gəldikdə isə, Türkiyədən 1 026 600 dollar dəyərində xiyarın idxalı həyata keçirilib. Daha sonra İran 778 900 dollarla ikinci yeri, İordaniya isə 7400 dollarla üçüncü yeri tutur.

Bizimlə əlaqə saxlayın