08 
Sen
2020
14:22
1357

Azərbaycan Gürcüstandan milyonlarla dollar həcmində investisiyanı geri çəkib

Bu ilin I yarısında Azərbaycan Gürcüstandan 19 milyon ABŞ dolları həcmində sərmayəni geri çəkib.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Həmin investisiyaların yanvar-mart üzrə məbləği 13,9 milyon dollar, aprel-iyun üzrə isə 5,1 milyon dollara bərabər olub.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Gürcüstan iqtisadiyyatına 409,4 milyon dollar xarici investisiya yatırılıb ki, bu da illik müqayisədə 25,5% azdır.

Bizimlə əlaqə saxlayın