03 
Sen
2020
15:29
1046

Sentyabr ayında 70 aviareys nəzərdə tutulub - Nazirdən AÇIQLAMA

"Sentyabr ayında 70 aviareys nəzərdə tutulub ki, buradan 30-zu requlyar uçuşlardır. Epidemioloji vəziyyətə nəzərən mərhələli şəkildə uçuşların sayının artırılması baş tutacaq".

InterPress.ge xəbər verir ki, bu haqda Iqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava danışıb.

"Açıq hava siyasətini qoruyub saxlamaq məqsədimizdir. Çalışırıq ki, vətəndaşlarımız uyğun qiymətlərə istədikləri ölkələrə müstəqil şəkildə səyahət edə bilsinlər. Ancaq, ilk növbədə biz əsas nailiyyəti əlimizdə qoruyub saxlamalıyıq.

Gördüyünüz kimi mərhələli şəkildə aviauçuş sayını mərhələli şəkildə artırırıq. Məsələn: sentyabr ayında 70 aviauçuş planlaşdırılıb buradan 30-zu requlyar uçuşlardır. Dünyada epidemioloji vəziyyət yaxşılaşmağa doğru irəliləyərsə, biz, uçuşların sayını daha da artıracağıq. Bu yalnız bizdən asılı deyil " dedi N. Turnava.

Bizimlə əlaqə saxlayın