03
Sen
2020
15:22
345
yuxarı
Nazir: “Azərbaycan Gürcüstanın elektrik enerjisi idxalında alternativ kimi vacib rol oynayır”
“Hökumətimizin həyata keçirdiyi enerji islahatları nəticəsində bu gün biz bütün qonşu ölkələrimizdən elektrik enerjisi idxal edirik. Onlardan heç biri, xüsusilə də bizim şimal qonşumuz bu məsələdə dominant deyil”.
InterPress.ge xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava belə deyib.
Xanım nazir bildirib ki, ölkə 2012-ci ildən elektrik enerjisinin 90%-ni Rusiyadan idxal edirdi və Rusiya Gürcüstan bazarında hakim mövqeyə malik idi, bu gün isə Gürcüstanın elektrik enerjisi bazarında mövqelər dəyişib.
N. Turnava qeyd edib ki, Gürcüstan elektrik enerjisi baxımından bu gün daha müstəqildir və müxtəlif ölkələrdən idxal ilə bağlı seçimlər edə bilir: “Bu gün biz enerji baxımından daha müstəqilik, çünki bizim alternativ seçimimizdə çox önəmli rol oynayan Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələr var. Eyni zamanda biz Türkiyədən, Rusiyadan və Ermənistandan elektrik enerjisi idxal edirik. Bu bizim seçimimizdir. Biz enerji sisteminin təhlükəsizliyinin təmin edilməsi prinsipi ilə hərəkət edirik. Enerji baxımından daha müstəqilik və bu səbəbdən enerji idxalı qiymətləri bu illər ərzində düşüb”.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Azərbaycan prezidenti: COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
23.04.2024 22:42
46
Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı: Demokratiya, insan haqları və qanunun aliliyinə xələl gətirə biləcək istənilən qərarı açıq şəkildə pisləyirik
23.04.2024 22:36
46
İlham Əliyev: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir“
23.04.2024 22:29
36
"Dörd gün bundan əvvəl Gürcüstan tarixində misli görünməmiş bir hadisə baş verdi"
23.04.2024 22:01
150
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
23.04.2024 21:28
65
Avropalı parlamentari: "Gürcü arzusu" əslində "Rus arzusudur" - oliqarx rus sahiblərindən yalnız bir tapşırıq alır: "Gürcüstanı yenidən rus bataqlığına sürükləyin"
23.04.2024 21:20
59
İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
23.04.2024 21:12
56
Azərbaycan prezidenti: Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır
23.04.2024 20:50
63
Azərbaycan Prezidenti quru sərhədlərlə bağlı açıqlama verdi
23.04.2024 20:25
459
Avropa Parlamenti Bidzina İvanişviliyə və qanun layihəsini dəstəkləyən deputatlara sanksiya tətbiq edilməsi ilə bağlı qətnamə layihəsinə baxacaq
23.04.2024 19:22
73
Qardabanidə abituriyentlər sınaq imtahanında iştirak edib
23.04.2024 18:22
108