26 
Avq
2020
15:44
784

Neftin qiymətinin artması ilə yanaşı yanacağın qiyməti də artır

"Neftin qiymətinin artması ilə bərabər yanacaqların qiymətində də artım müşahidə olunur".

InterPress.ge xəbər verir ki, bu barədə neft məhsullarının idxalı birliyindən verilən məlumatda bildirilir.

Onların məlumatına görə, bu il neftin qiymətində dəyişkənlik hökm sürürdü.

"İlin başlanğıcında qiymət artımı son illər ərzində rekord həddə aşağı qiymətlə əvəzləndi. Bu isə Covid-19 pandemiyasından irəli gəlirdi. Çünki dünyada neftin günlük istifadəsi müxtəlif kompetent orta qiymətlə gecə /gündüz 12-14 milyon barel azaldı. Opeca+ iştirakçı ölkələr tərəfindən neftin azalması ilə əlaqədar müvafiq qərar qəbul etdikdən sonra paralel olaraq dünya iqtisadiyyatı bərpa prosesi, ölkələr tərəfindən məişət məhdudiyyətlərinin aradan qaldırılması, hava və quru nəqliyyat vasitələrinin fəaliyyətinin bərpası və müxtəlif iqtisadi sahələrin açılması başladı. Bütün bunlar özü özlüyündə neft məhsullarına tələbatını artırdı və neft məhsullarının qiymətinin artımına əlverişlilik yaratdı.
Cari ilin mart ayında pandemiya geniş yayılan vaxt neft məhsullarının qiymətləri aşağı düşdü. May ayının ortalarında neft məhsulları aşağı qiymətə satılırdı. Bugünkü gündə Londonda neft birjasında neftin bir bareli 45.86 dollardır. Bu isə pandemiya dövründəki neft qiymətindən 80% yüksəkdir.

Gürcüstanın pərakəndəndə neft şəbəkəsinə gəlincə beynəlxalq qiymətlərin aşağı düşməsi müşahidə edilən zaman global pattiyə görə paralel olaraq Gürcüstanın pərakəndəndə satış qiymətində də azalma baş verirdi, yəni orta hesabla 1 litrə 80 qəpik. Lakin iyul ayından yanacağın qiymətində artım başladı və brend olmayan yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti 1 litri 35-40 qəpik, brend yanacaqdoldurma məntəqələrində isə 1 litrə 20 qəpik artıb.

Hazırda Gürcüstan pərakəndə satış şəbəkəsindəki markalı yanacaqdoldurma məntəqələrində yanacağın orta pərakəndə qiymətləri: adi tipli benzin- litrəsi 1.99, 2.07 lari, Premium - 2.06, 2.17 lari, Avro dizel yanacaq - 2.09, 2.19 lari, Dizel yanacaq- 2.02, 2.12 laridir ",- deyə açıqlamada bildirilir.

Bizimlə əlaqə saxlayın