22 
Avq
2020
12:52
675

"Gürcü Arzusunun" liderləri Marneulidə su təminatı sisteminin inşaat prosesi ilə tanış olublar

Gürcüstanın baş naziri Giorgi Qaxaria, “Gürcü Arzusunun” baş katibi Kaxa Kaladze, Parlamentin sədri Arçil Talakvadze və Marneuli və Qardabani majoritar deputat namizədi Zaur Darğallı, Marneulidə su təminatı sisteminin inşaat prosesi ilə tanış olublar.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”-nun mətbuat xidməti məlumat yayıb.

Məlumatına görə, Marneuli munisipalitetində aparılan su təminatı sisteminin inşaat prosesini Asya İnkişaf Bankı maliyyələşdirir.

İnşaat gələn il başa çatacaq, ancaq əhalinin yarısının payız aylarında yeni sistemə keçirilməsi planlaşdırılıb.

Layihə başa çatdıqdan sonra, Marneuli və həmçinin, munisipalitetin beş kəndi, – yəni təqribən 31 700-ə qədər nəfər su ilə təmin ediləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər