14 
Avq
2020
10:22
963

Braziliyadan Çinə ixrac olunan dondurulmuş toyuq ətində korona olduğu iddiası - Gürcüstan bu istiqamətdə neynəyir?

Gürcüstan toyuq ətinin idxalının məhdudiyyətləri haqqında müvafiq beynəlxalq təşkilatlar tərəfindən bildiriş qəbul etməyib.

InterPress.ge xəbər verir ki, bu haqda milli qida agentliyindən bildirilir.

Onların məlumatına görə, Braziliyadan Çinə ixrac olunan dondurulmuş toyuqların qənədləri ilə insanların koronavirusa yoluxma faktları hal hazırki mərhələdə təsdiqini tapmır.

"Mövcud məlumata görə Çinin müvafiq qurumları tərəfindən dondurulmuş toyuq ətinin qeyd olunan partiyası ilə təmasda olan şübhəli şəxslər yoxlanılıb.

Milli qida agentliyi mütəmadi şəkildə müvafiq beynəlxalq təşkilatlarla koronavirusun yeni halı ilə əlaqədar məsələlərdə aktiv əməkdaşlıq edir və mütəmadi olaraq yenilənmiş məlumatlar əldə edir.

Hal-hazırki mərhələdə Gürcüstan dondurulmuş toyuq ətinin idxalının məhdudiyyətləri haqqında müvafiq beynəlxalq təşkilatlar tərəfindən bildiriş qəbul etməyib" - deyə bu barədə milli qida agentliyi məlumat yayır.

Milli qida agentliyinin açıqlamasına görə, Gürcüstan ət idxalını Avropa İttifaqı tərəfindən tanınan müəssisələrdən və milli qida agentliyi tərəfindən yoxlanılan müəssisələrdən həyata keçirir.

Bizimlə əlaqə saxlayın