07 
Avq
2020
19:51
1667

İqtisadiyyat naziri: "Bizi asan qış fəsli gözləmir"

"Bizi asan qış fəsli gözləmir və buna görə də bir milyard 100 milyon lari sosial paketlərə xərclənir".

InterPress.ge xəbər verir ki, bu haqda Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava qeyd edib.

N. Turnavanın sözlərinə görə, bu ilin sonunadək sosial istiqamətlə əlavə vəsaitin mobilizasiyasına ehtiyac olmayacaq. Bununla bərabər iqtisadiyyat nazirinin sözlərinə görə, biznesə yardım etmək üçün xüsusi paket işlənib hazırlanıb.

“Hal hazırki vaxtda həcmli paket haqqında artıq açıqlama verilib. Biz də düşünürük ki, ilkin canlanmadan irəli gələrək yəqin ki, bu ilin sonunadək bu cür davam edəcək və əlavə vəsaitin mobilizasiyasına ehtiyac qalmayacaq. Lakin bu biznesin inkişafı üçün dəstəyə yetərli deyil, buna görə də, biz biznesə dəstək üçün xüsusi paket işləyib hazırlamışıq. Turizm üçün əlavə addımların atılacağını düşünmürəm. Gürcüstanda istehsal et proqramı uğurla davam edir. Sosial paketə gəlincə həcmi kifayət qədər böyükdür. Paket 1 milyard 100 milyon laridən çoxdur. Biz ümid edirik ki, əlavə vəsaitlərin mobilizasiyasına ehtiyac olmayacaq. Lakin biz hər şey etməliyik ki, iqtisadiyyat işləsin dayanmasın", - deyə Natia Turnava qeyd edib.

Bizimlə əlaqə saxlayın