06 
Avq
2020
17:56
836

Maliyyə naziri: "Bizim fikrimizcə qış fəsli asan olmayacaq"

"İqtisadi prosesin bərpası gedəcək. İlin ikinci yarısı çox yaxşı olacaq, lakin turizmdən dolayı tam bərpasını gözləmirik".

InterPress.ge xəbər verir ki, bu haqda Gürcüstanın maliyyə naziri İvane Macavariani hökumət binasında baş tutan brifinqdə açıqlayıb.

Macavarianin açıqlamasına görə, turizmin bir hissəsi belə il sonunadək bərpa olmayacaq.

“Bizim fikrimizcə qış fəsli asan olmayacaq. İqtisadi prosesin bərpası gedəcək. İlin ikinci yarısı daha yaxşı olacaq. Lakin turizmdən dolayı tam bərpasını gözləmirik. Bilirsiniz ki, 1 iyul üçün ölkə tamamilə açılmalı idi lakin, virusun birinci dalğasının uzanmağından irəli gələrək qonşu ölkələrə və Avropa ölkələrində problemlər yaratdı.

İl sonunadək tam miqyasla turizm bərpa ola bilməyəcək. Bu bizə yeni problemlər göstərdi. Üçüncü mərhələnin tədbirləri işlənib. Bu paketdə qış üçün dəstək paketləri də yer alır. Bu kommunal xərclərin ödənişi ilə bağlıdır”, - dedi Macavariani.

Bizimlə əlaqə saxlayın