28 
Iyl
2020
20:15
4396

Gürcüstanda bu qəpiklər 2021-ci ilin 1 yanvarından etibarən ləğv olunur

Bir və iki tetrilərin istifadəsi müddəti 2020-ci ilin sonunda başa çatacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Bank məlumat yayır.

Milli Bankdan verilən məlumata görə, 2021-ci ilin yanvar ayının 1-dən etibarən bir və iki tetrilər, Gürcüstanda fəaliyyət göstərən kommersiya bankları və Gürcüstan Milli Bankı vasitəsilə, 2022-ci il yanvarın 1-dən isə yalnız Gürcüstan Milli Bankı vasitəsilə ömür boyu mübadilə ediləcəkdir.

Gürcüstan Milli Bankı haqqında qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixindən etibarən bir tetri nəğd ödəmə prinsipi yuvarlaqlaşdırma metodu ilə dəyişdirilmişdi. Yuvarlaqlaşdırma üsulu yalnız nəğd ödəniş prosesində, həm də bir neçə məhsul və ya xidmətin ümumi dəyərində yayılmışdı. Nəğdsiz ödəniş həmişə bir qəpiyin dəqiqliyi ilə mümkündür.

Bizimlə əlaqə saxlayın