25 
Iyl
2020
12:48
884

Gürcüstan Covid-19 ilə mübarizə üçün böyük miqdarda tibbi qoruyucu vasitə əldə edəcək

Gürcüstan Covid -19 pandemiyası ilə effektli və təhlükəsiz mübarizənin əlverişliliyi üçün böyük miqdarda tibbi qoruyucu vasitə qəbul edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının misiyasından verilən açıqlamada deyilir.

Avropa İttifaqının maliyyə dəstəyi və dünya səhiyyə təşkilatının vasitəsilə 15 milyonadək qoruyucu vasitələr əldə etmək imkanı yarandı. 5000 üz örtüyü, 13,200 ədəd qoruyucu eynək, 30.000 izolyasiya xələti, 1.000.000 tibbi maska və 328.000 respirator.

Bütün bunları Gürcüstan donorların dəstəyi ilə əldə etdi. Əldə olunan tibbi qoruyucu vasitələr Covid-19 pandemiyası ilə mübarizədə ön xətdə mübarizə aparan şəxslər üçün nəzərdə tutulub. Bu tədbir səhiyyə sisteminə qlobal problemə qarşı daha yaxşı hazırlıqlı olmağa əlverişlilik yaradacaq.

Qoruyucu vasitələr səhiyyə işçilərinin bütün tələbatlarına cavab verir. O, Luqarın ictimai tədqiqat mərkəzinə, Gürcüstan miqyası ilə xəstəliklərə nəzarət milli mərkəzinin 9 regional laboratoriyasına, Fövqəladə halların koordinasiya və fövqəladə yardım mərkəzinin 4.200 təcili tibbi yardım ekipajının üzvlərinə və kənd həkimlərinə paylanacaq.

Avropa İttifaqının deleqasiya üzvlüyünün rəhbəri Vinsen Reim və dünya Səhiyyə Təşkilatının Gürcüstandakı nümayəndəsi Silviu Domentem sözügedən yardımı Gürcüstanın işğal olunmuş ərzilərindən məcburi köçkünlər, əmək, səhiyyə və sosiyal müdafiə nazirliyinə rəsmi olaraq təqdim etdilər.

Qeyd edək ki, bu yardım Avropa İttifaqı tərəfindən gürcüstana ayrılan 400 milyon avronun ( təxminən 1.5 milyard larinin) bir hissəsidir. Avropa İttifaqı dünya üzrə “ Covid-19” pandemiyası ilə mübarizə üçün 15 milyard avrodan çox vəsait ayırıb.

Bizimlə əlaqə saxlayın