23 
Iyl
2020
15:23
2357

Gürcüstanda daxili uçuşlar sabahdan bərpa olunur

4 aylıq fasilədən sonra Gürcüstanda daxili uçuşlar bərpa edilir.

InterPress.ge xəbər verir ki, bu haqda iqtisadiyat və davamlı inkişaf nazirliyinin Gürcüstanın hava limanları birliyindən məlumat verildi.

Belə ki, 24 iyul tarixindən requlyar uçuşlar Nataxtaridən Mestiya və Ambrolauri hava limanlarına, Tbilisidən isə Batumi hava limanı istiqamətilə baş tutacaq.

Onların bildirdiyinə görə, cəmdə 24 iyuldan 31 iyuladək Mestiya- Nataxtari istiqamətilə 6 reys, Tbilisi – Batumi istiqamətilə 5 reys, Ambrolauri – Nataxtar istiqamətilə isə 3 reys baş tutacaq.

İqtisadiyyat və davamlı inkişaf nazirliyinin Gürcüstan hava limanları birliyinin direktorunun açıqlamasına görə, baş nazir 2020-ci ili daxili turizm ili elan edib. Buna görə, də daxili turizmin təbliğatı üçün daxili uçuşlara böyük diqqət ayrılacaq.

“Daxili turizmin stimulyasiyası məqsədilə daxili uçuşları başlamaq vacibdir. Bunu ölkəmizin dağlıq ərazilərdə yaşayan eləcədə yerli səfər etmək istəyən vətəndaşlar gözləyir. Tələbatın böyüklüyü biletlərin satışına da təsir göstərib. Hal-hazırki mövcud məlumata görə, müxtəlif istiqamətlərə 300 dən çox bilet satılıb”, - dedi Tamar Arçuadze.

Onun qeyd etdiyinə görə, turizm sezonunda daxili uçuşlara biletin qiyməti dəyişməz qalıb.

Gürcüstanın hava limanları birliyinin rəhbərinin açıqlamasına görə, covid 19 pandemiyası şərtləri altında 2020 ci ilin daxili turizm ili elan edilib və müvafiq olaraq sərnişinlərə dövlət tərəfindən maksimal dərəcədə əlverişlilik yaradılıb.

“Aviabiletlərin qiymətləri dəyişməz olaraq qaldı. 2020-ci il daxili turizm ili elan edilib. Və sərnişinlərə dövlət tərəfindən maksimal dərəcədə əlverişlilik yaradılıb. Covid 19 pandemiyası şərtləri altında bütün normal qorunmur Nataxtari, Ambrolauri və Mestiya hava limanları səhiyyə nazirliyinin və aviasiya agentliyinin bütün tövsiyyələri ilə təchiz edilib. Bunlar dezobaryerlər, sosiyal məsafə və termoskrininqdir”, - dedi Tamar Arçuadze.

İqtisadiyyat və davamlı inkişaf nazirliyinin Gürcüstanın hava limanları birliyinin məlumatına görə avqust ayından Mestiya istiqamətilə requlyar uçuşlar həftədə 5 dəfə həyata keçiriləcək , Ambrolauri istiqamətilə həftədə 3 dəfə, Batumi istiqamətilə həftədə 4 dəfə baş tutacaq.

Bizimlə əlaqə saxlayın