1 USD =3.079 GEL 1 EUR =3.624 GEL 1 AZN =1.811 GEL 1 TRY =0.421 GEL 1 RUB =4.211 GEL
03 
İyl
2020
19:18
1352

Çarter uçuş biletlərinin qiyməti nə qədərdir?

"Güzəştli aviareyslər təyin ediləcək. Biletlərin qiyməti fəlakətli rəqəmlər deyil, 200 avrodan çox olmayacaq".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri Giorgi Qaxaria məlumat verib.

Onun sözlərinə görə, hökumət artıq Gürcüstan vətəndaşlarının Avropadan mütəşəkkil şəkildə geri qayıtması proqramının iyulun 6-dan etibarən davam etməsinə qərar verib.

Baş nazirin sözlərinə görə, bu mərhələdə Baltikyanı ölkələr, Almaniya, Fransa, Polşa və birbaşa hava əlaqələrinin tez bir zamanda bərpa olunma ehtimalı olan bütün ölkələrlə sərhədlərin açılması ilə bağlı danışıqlar aparılır.

"Vətəndaşlarımızın, Avropadan gürcü mühacirlərinin mütəşəkkil qayıtması üçün proqram çərçivəsində yeni istiqamətlər əlavə ediləcəkdir. Bazar ertəsi günü konkret siyahımız olacaq - hansı paytaxtlardan, hansı ölkələrdən və hansı tarixlərdə uçuşlar həyata keçiriləcək ", - dedi Qaxaria.

Məlumat üçün bildirək ki, iyulun 7-də Paris-Tbilisi reysi həyata keçiriləcəkdir.

Bizimlə əlaqə saxlayın



Digər "iqtisadiyyat" xəbərləri