01 
Iyl
2020
17:50
1117

“WizzAir” Gürcüstana uçuşları gələn yaya qədər təxirə salır

Macarıstanın lou-kost aviaşirkəti “WizzAir” Gürcüstanın Kutaisi hava limanından uçuşları gələn yaya qədər təxirə salacaq.

InterPress.ge-nin xəbərinə görə, bu barədə aviaşirkətin nümayəndəsi Andras Rado bildirilib.

Onun sözlərinə görə, şirkət Kutaisi hava limanındakı bazasını bağlamağı planlaşdırmır.

"Lakin uçuşların COVİD-19 pandemiyasına görə tətbiq edilən məhdudiyyətlərlə əlaqədar olaraq gələn yaya qədər təxirə salınması planlaşdırılır", - deyə A. Rado vurğulayıb.

Bizimlə əlaqə saxlayın