01 
Iyl
2020
12:58
1145

“Wizz Air” Gürcüstan bazarını tərk edir?

Macarıstanın “Wizz Air” aşağı büdcəli aviaşirkətinin Gürcüstan bazarını tərk edəcəyi barədə məlumatlar yayılıb.

InterPress.ge xəbər verir ki, şirkətin Kutaisi şəhərindəki bazasını ləğv edəcəyi bildirilib.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava isə deyib ki, aviaşirkət ölkə bazarını tərk etmir və uçuşları bərpa etməyə hazırlaşır: “Şirkət Gürcüstan hökuməti ilə əməkdaşlığı və müştərilərinə sadiq qalmaqda davam edir. “Wizz Air” Gürcüstanda özünü çox rahat hiss edir”.

Qeyd edək ki, “Wizz Air” Kutaisiyə uçuşları 2012-ci ildən yerinə yetirir. 2016-cı ildən bu şəhərdə şirkətin bazası fəaliyyət göstərir.(report)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər