23 
Iyn
2020
09:51
4831

Hovuzlar və fitnes zalları nə vaxt açılacaq?

Biznes ombudsmen Mixeil Dauşvili əmək şərtlərinin müfəttişliyi departamentinin rəhbəri Beka Peradze və Təhsil, Elm ,Mədəniyyət və İdman Nazirinin Şalva Qoqoladze ilə bərabər hovuzlar və fitnes zalların nümayəndələri ilə işgüzar görüşdə bir araya gəldilər.Onlar koronavirusun yayılmasından qorunmaq məqsədilə işlənmiş islahatların iş versiyasını nəzərdən keçirdilər.

İnterPress.ge xəbər verir ki, görüşə 30 –a yaxın fitnes zalın, açıq və qapalı hovuzların nümayəndələri qatılmışdılar.

“ İdman komplekslərinin nümayəndələri ilə işgüzar görüşümüz baş tutdu. Fitness zallarının və hovuzların dəqiq açılma vaxtı haqqında hələ ki heç nə deyə bilmərik.Məsələnin standartları və islahatları məsələlərində razılığa gəlmək lazımdır. Razılıqdan sonra Səhiyyə Nazirliyi tərəfindən obyektlərin yoxlanılması baş tutmaqla biz epidemioloji tələbatlara fitness zallarının və hovuzların cavab verib vermədiyinə əmin olacağıq” – açıqladı Mixeil Dauşvili.

Gürcüstan hökümətinin məhədudiyyətlərin aradan qaldırılması və iqtisadiyyatın bərpası planına əsasən idman sağlamlıq istiqamətinin açılışı altıncı mərhələdə yer alır.

İslahatların əsas punktları artıq təsdiqlənib. Sözügedən istiqamətin nümayəndələrinin 2 hissəli tövsiyyələri var. Bunun biri təbii ventilasiya digəri isə 8 kvadrat metrə 1 şəxsin buraxılmasıdır.Fitness zallarında maskalardan istifadə edilməyəcək. Lakin dəsmalların birdəfəlik selofanlara qoyulması, 2 saatdan bir təmizlik və sosiyal məsafə şərt olacaq.

Bizimlə əlaqə saxlayın